Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1119
14.02.2025, 10:10
"Yollarda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yaranan və yarana biləcək problemlərə dərhal müdaxilə edilir, sürücülərə vəziyyətlə bağlı əvvəlcədən məlumatlar verilir. Bütün bu işlər isə Nəqliyyatı İntellektual İdarəetmə Sistemi sayəsində mümkün olur".
Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd olunub ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən 24 saat rejimində paytaxtda avtomobillərin daha çox istifadə etdiyi Heydər Əliyev prospekti, Aeroport, Zığ və Mərdəkan şoselərində, Buzovna-Zağulba yolunda olan sürət-məlumat portallarına günün istənilən saatında müxtəlif məlumatlar ötürülür.
Həmçinin oxuyun
Mərkəzin istifadəsində olan bir neçə portal, tablo və video-müşahidə kamerası mövcuddur. Yol-nəqliyyat hadisəsi baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda, sıxlıq və tıxac yarandıqda, sürət həddi endirildikdə və təmir işləri aparıldıqda, əvvəlcə video-müşahidə kameraları vasitəsilə vizual məlumatlar əldə edilir. Yol polisi ilə məlumat mübadiləsi aparıldıqdan sonra əməkdaşlar tərəfindən müvafik olaraq portallarda “qəza”, “tıxac”, “təmir işləri” və “digər təhlükə” işarələri qeyd olunur. Daha sonra isə sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yollarda zolaqlar üzrə sürət həddinin endirilməsi və məhdudlaşdırılması ilə bağlı portallarda məlumatlar əks olunur.
Ən maraqlı məqam isə, yağışlı, küləkli və qarlı havalarda bəzi yollarda sürət həddinin endirilməsi ilə bağlıdır. Belə ki, yolda olan 3 meteoroloji stansiyalardan alınan məlumatlar (küləyin sürəti, havanın və asfalt örtüyünün temperaturu) əsasında bəzi şose və prospektlərdə sürət həddi 20-40 km/saat endirilməklə yanaşı, portallarda “sürüşkən yol” və sürət həddinin endirilməsi ilə bağlı məlumat verilir. Beləliklə sürücülər yollardakı vəziyyət haqqında öncədən məlumatlı olurlar və buna uyğun hərəkət edirlər. Qeyd edək ki, sürət-məlumat tablolarının yenilənməsi istiqamətində işlərin görülməsi də nəzərdə tutulub".
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.